Pages

mardi 11 mars 2014

Fransa - Vəkil xidmətləri

TƏQDİMAT

Dilbadi Qasımov hüquq təhsilini Fransada tamamlayaraq 2009-cu ildə Strasburq Universitetinin Hüquq Fakültəsində Doktorantura işini müdafiə etmişdir. Bundan sonra o Avropa Şurasında və Hollandiyada yerləşən Beynəlxalq Cinayət Məhkəməsində hüquqşünas kimi fəaliyyət göstərmiş, Strasburq Universiteti tərəfindən nəşr olunan hüquq jurnalının baş redaktoru vəzifəsini yerinə yetirmişdir.

Vəkillik məktəbini Fransada bitirdikdən sonra Fransanın Strasburq şəhərinin vəkillər kollegiyasına üzv olmuşdur və hazırda həmin şəhərdə vəkil kimi fəaliyyət göstərir.   

Dilbadi Qasımovun vəkil bürosu Avropanın mərkəzi hesab olunan və Avropa İnsan Hüquqları Məhkəməsinin yerləşdiyi Strasburq şəhərinin mərkəzində yerləşir.

Dilbadi Qasımov vəkillik fəaliyyətini fransız vəkillərlə əməkdaşlıq formasında həyata keçirərək, fransız və beynəlxalq məhkəmələr qarşısında müştərilərinin hüquqlarını müdafiə edir.


Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət

İnsan hüquqları və Beynəlxalq hüquq sahəsində təcrübəsini nəzərə alaraq Dilbadi Qasımov öz müştərilərini Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında təmsil edir.

Hazırda Avropa İnsan Hüquqları Məhkəməsinin 47 üzvü vardır və hüquqları pozulmuş hər bir kəs bu ölkələrə qarşı Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında iddia qaldıra bilər.

Avropa Məhkəməsinə təqdim edilən ərizələrin tələb olunan qaydalara cavab verməsinin vacibliyini nəzərə alaraq ərizənizi Məhkəməyə təqdim etməkdən öncə Məhkəmə qarşısında uğur qazanmaq şansınızı öyrənmək vacibdir.

Beləliklə, Məhkəməyə müraciət etməkdən öncə bizim büro Sizin uğur qazanmaq şansınızı öyrənir və Sizə bu barədə müvafiq məsləhətlər verir.

Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməzdən əvvəl bu sahədə dərin bilik və təcrübəsi olan vəkil bürosu ilə məsləhətləşməniz sizin uğur qazanmaq şansınızı artırır.

Əyər Siz Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək istəyirsinizsə bizim büro bu işdə Sizə öz servislərini təqdim edir.

Əlaqə vasitələri :

Dilbadi GASIMOV

Avocat au Barreau de Strasbourg

9 rue du Général de Castelnau

67000 Strasbourg

Tél.: 03 67 07 96 78

Fax: 03 88 37 37 89

info@avocat-gasimov.com

www.avocat-gasimov.com